Avq
2021
17:16
192
8
3314
Virtual karabakh

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

2 Avq, 2021
17:16
3314

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 6 767 619 kvadratmetr (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Noyabrın 10-dan iyulun 31-dək isə piyada əleyhinə 8 951, tank əleyhinə 4 022 mina və 10 026 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 39 418 246 kvadratmetr (3942 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri