Türkiyə Milli Müdafiə Nazirliyi Laçındakı təlimlərdən görüntülər yaydı - FOTO
Türkiyə Milli Müdafiə Nazirliyi Laçındakı təlimlərdən görüntülər yaydı - FOTO
“Ulu və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət iki dövlət” anlayışı ilə tək yumruq olmağa davam edir”.
Oxu.Az-ın məlumatına görə, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin Laçında keçirilən birgə təlimlərlə bağlı “Twitter”də etdiyi paylaşımında qeyd edilib.
Paylaşımda Azərbaycanın Dəniz Piyada Taboru və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının “Birgə Komando Hərəkatı” təlimlərindən görüntülər yer alıb.
Nazirlik tədbirin 10 sentyabra qədər davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən sentyabrın 6-da Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.
Ulu ve köklü bir çınarın dalları olan Türkiye ve Azerbaycan “Bir Millet, İki Devlet!” anlayışıyla tek yumruk olmaya devam ediyor.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 7, 2021
Azerbaycan Deniz Piyade Takımı ve TSK Komando Kolu 06-10 Eylül 2021 tarihleri arasında Laçin'de “Ortak Komando Harekâtı” tatbikatı icra ediyor.🇹🇷🇦🇿 pic.twitter.com/SJrIqMszXt