Sen
2021
16:04
410
15
4002
Virtual karabakh

Rusiya KİV Azərbaycan pilotlarının məharətindən yazdı

9 Sen, 2021
16:04
4002

Rusiya KİV Azərbaycan pilotlarının məharətindən yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində iştirak edən Azərbaycanın “Su-25” təyyarəsinin gövdəsinə 58 ulduz yerləşdirilib.

Rusiya hərbi saytlarında bu barədə qeyd edilərək, Azərbaycan pilotlarının hədəfi dəqiq vurmalarından bəhs olunub. 

Qırıcıların gövdəsinə yerləşdirilən ulduzlar vurulan hədəflərin sayını göstərir.

Qeyd edilir ki, “TurAz Şahini-2021” təlimlərində olan Azərbaycan hücum təyyarəsinin Qarabağdakı silahlı qarşıdurmada fəal iştirak etdiyi diqqətdən yayınmayıb. Məlum oldu ki, döyüş təyyarəsinin ekipajı qarşıdurmanın 44 günü ərzində azı 58 fərqli hədəfi məhv edə bilib. 

“TurAz Şahini-2021” təlimlərindən alınan video görüntülərdən mütəxəssislərin diqqətini gövdəsində 38 ulduz olan başqa bir döyüş təyyarəsi də çəkib. Bu o deməkdir ki, müharibə zamanı Azərbaycan tərəfi hərbi aviasiyadan çox istifadə etməyib. Çünki döyüşlərdə daha çox pilotsuz uçuş aparatları vasitəsilə düşmən mövqelərinə zərbələr endirilib.

Mənbə: “Voennoe Delo”

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri