16 
Okt
2021
14:34
224
19
1393
Virtual karabakh

Düşmənə boyun əyməyən Tərtər: Rayon əhalisi bir il əvvəl baş verənləri necə xatırlayır? - VİDEO

Gülləbaran altında əzmlə dayanan, bir gün belə ev-eşiyini tərk etməyən tərtərlilər.

Tərtəri qəhrəman şəhər adlandıran da var, “Azərbaycanın Stalinqradı” deyənlər də. Rayonun şəhər, qəsəbə və kəndləri bombardman edildi, mülki insanlar şəhid oldu, yaralandı, evlər darmadağın edildi, amma Tərtər düşmənə boyun əymədi.

Tərtərin atəşə tutulması müharibənin ilk günündən başladı. Erməni hərbi qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən məcburi köçkünlər üçün inşa edilən Şıxarx qəsəbəsini intensiv atəşə tutdu. Qəsəbədə yerləşən bütün yaşayış binaları dağıntılara məruz qaldı. Nəticədə ölən və yaralananlar da oldu.

Elə günlər oldu ki, Tərtərə iki mindən çox mərmi atıldı. Nəticədə məktəblər, dövlət binaları, uşaq bağçaları və xəstəxanalar da daxil olmaqla mindən çox obyekt məhv edildi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Tərtərin 40 yaşayış məntəqəsinə 16 mindən çox mərmi və qadağan olunan 21 raket düşüb. 17 nəfər həlak olub, 60-dan çox mülki şəxs yaralanıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri