Noy
2021
12:18
212
25
1480
Virtual karabakh

Etibar Mirzəyev: “Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin 19 nəfər əməkdaşı iştirak edib”

5 Noy, 2021
12:18
1480

Etibar Mirzəyev: “Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin 19 nəfər əməkdaşı iştirak edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“44 günlük Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin 19 nəfər əməkdaşı iştirak edib”.

Oxu.Az-ın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, onlardan Mülki Müdafiə Qoşunlarından bir nəfər şəhid olub: 

“44 günlük Müharibədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyət göstəriblər. Füzuli rayonunda gedən döyüşlər zamanı ermənilər təxribatlar törədirdilər. Döyüşlər zamanı fövqəladə halların aradan qaldırmasında nazirliyin yanğın söndürənləri və digər qurumlarımız fəaliyyət göstəriblər”.

“Ermənilər mülki əhalinin yaşadığı şəhərlərimizə atdığı raketlər nəticəsində yaralanan vətəndaşlarımız axtarış və xilasetmə işlərində iştirak ediblər”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri