12 
Noy
2021
16:24
169
16
835
Virtual karabakh

Rusiyalı ekspert: “Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”

12 Noy, 2021
16:24
835

Rusiyalı ekspert: “Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) təşkil etdiyi "dəyirmi masa"da bildirib.

Politoloq regionda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bunun Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması və sülhün bərqərar olması sayəsində mümkün olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında enerji sahəsində əməkdaşlıq vacib məsələlərdəndir: “Bu sahədə münasibətləri inkişaf etdirmək, uzunmüddətli müqavilələr imzalamaq lazımdır”.

D.Solonnikov həmçinin Rusiyanın Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin reallaşdırılmasında maraqlı olduğunu söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri