30 
Noy
2021
12:15
47
1049
25951
Virtual karabakh

Azərbaycanda hərbi helikopter qəzaya uğradı: Həlak olanlar və yaralananlar var - VİDEO

30 Noy, 2021
12:15
25951

Azərbaycanda hərbi helikopter qəzaya uğradı: Həlak olanlar və yaralananlar var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 

Bununla bağlı Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. 

Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri