Dek
2021
15:32
455
9
1803
Virtual karabakh

Vətən müharibəsi şəhidinin anım günüdür - FOTO

1 Dek, 2021
15:32
1803

Vətən müharibəsi şəhidinin anım günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidi Şahı Məmmədlinin anım günüdür.

Oxu.Az xəbər verir ki, Məmmədli Şahı Elman oğlu 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 

2013-ci ildə həqiqi hərbi xidmətə yollanan Ş.Məmmədli xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-cü ildə xidmətini başa vuraraq evinə geri dönüb. 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılan qəhrəman döyüşə gedərkən oğlu 22 günlük olub. 

Ş.Məmmədli gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı hərbçi dostunun həyatını xilas edib. Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək, şəhidlik zirvəsinə yüksəlib. 

Ailəsi 44 gün ondan xəbər ala bilməyib. Əvvəl onun girov düşdüyünü zənn etsələr də, sonradan şəhid olması barədə məlumat alıblar.

Şahı Məmmədli dekabrın 1-i doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Ş.Məmmədlidən bir yaşlı oğlu Ömər Məmmədli Vətənə yadigar qalıb.

Göstərdiyi şücaətə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Şahı Məmmədli “Vətən uğrunda” medalı ilə təltif edilib. 

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri