Dek
2021
13:24
142
12
1184
Virtual karabakh

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb - FOTO

6 Dek, 2021
13:24
1184

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri