Yan
2022
10:58
634
86
1565
Virtual karabakh

Zakir Həsənov: “Terrorla mübarizədə daim Türkiyə Silahlı Qüvvələrinin yanındayıq”

9 Yan, 2022
10:58
1565

Zakir Həsənov: “Terrorla mübarizədə daim Türkiyə Silahlı Qüvvələrinin yanındayıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Başsağlığı mətnində deyilir: “Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri