26 
Yan
2022
11:50
23
342
5311
Virtual karabakh

Dövlət Komissiyası: Müharibədən sonra 396 Azərbaycan hərbçisinə aid meyit qalığı tapılıb

26 Yan, 2022
11:50
5311

Dövlət Komissiyası: Müharibədən sonra 396 Azərbaycan hərbçisinə aid meyit qalığı tapılıb

“Üçtərəfli Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə bağlı dərhal ciddi addımlar atıb”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O qeyd edib ki, Dövlət Komissiyasına daxil olan aidiyyəti dövlət qurumları bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçiriblər:

“Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflər işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işləri aparıb və tapılmış meyit qalıqları tərəflərə təhvil verilib.

Prosesdən keçən müddət ərzində 396 Azərbaycan hərbçisinə aid meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb. Tapılmış meyit qalıqları Hərbi Prokurorluğun nəzarəti ilə Daxili İşlər Nazirliyinin (DİN) və Səhiyyə Nazirliyinin aidiyyəti laboratoriyalarında eyniləşdirilərək ailələrinə təhvil verilib, şəhidlərimizin nəşi hərbi nizamnamənin tələblərinə uyğun olaraq dəfn edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri