26 
Yan
2022
12:30
423
17
2933
yuxarı
Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı
26 Yan, 2022
12:30
2933
423
17
Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı
İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.
“Azərbaycan, rusiyalı və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib”, - Ə.Şahidov qeyd edib.