May
2022
12:27
191
4
1033
Virtual karabakh

Quru Qoşunları real döyüş şəraitinə uyğun təlimlərdə: Şərti düşmən hədəfləri raketlə məhv edildi - VİDEO

5 May, 2022
12:27
1033

Quru Qoşunları real döyüş şəraitinə uyğun təlimlərdə: Şərti düşmən hədəfləri raketlə məhv edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə komandirlərinin müasir döyüşü idarəetmə qabiliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri