27 
İyn
2022
02:00
272
61
4508
Virtual karabakh

Müdafiə naziri Şuşanın fəthindən və planın qurulmasından DANIŞDI - VİDEO

27 İyn, 2022
02:00
4508

Müdafiə naziri Şuşanın fəthindən və planın qurulmasından DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz hələ ki, Şuşa əməliyyatını tam şəkildə ictimaiyyətə çatdıra bilmirik. Burada məxfiçilik amili var”.

Bunu AzTV-yə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Biz bu planı hazırladıqdan sonra cənab Prezidentə təqdim etdik, o da müəyyən düzəlişlər etdi.

Düşmən bizi fərqli istiqamətdən gözləyirdi. Onlar bizim hücum edəcəyimizi gözlədikləri Ağdam istiqamətində böyük qrup saxlayırdılar. Daha sonra həmin qrup mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, Ermənistan ordusu orada böyük itkilər verəcəkdi. İkinci növbədə, ermənilər bizi Qırmızı bazar tərəfdə gözləyirdilər. Orada da güclü müdafiə qurmuşdular. Buna baxmayaraq, bizim qəhrəman mühəndis qoşunları bir gecədə meşənin üzərindən yol açdı. Hazırda maşınla getdiyiniz Zəfər yolunu onlar bir gecədə açdılar. Həmin yol təbii ki, torpaq yol idi. Yağış da yağırdı, yollar palçıq idi”

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri