İyl
2022
10:51
231
17
2069
Virtual karabakh

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib - VİDEO

4 İyl, 2022
10:51
2069

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Toplanışda azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yol infrastrukturunun inkişaf etdirilməsi üzrə Mühəndis Qoşunlarında görülən işlər və bu istiqamətdə digər tapşırıqların müvəffəqiyyətlə icra olunması üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışılıb.

Keçirilən məşğələlərin planına əsasən, şəxsi heyətə silahlanmada olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları, minaaxtaranlar, partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri nümayiş etdirilib. İstehkamçılara fərdi və mexaniki mina axtaran cihazlardan ibarət tədris bazaları və onlardan istifadə qaydaları izah edilib.

Təlim-metodiki toplanışların keçirilməsində əsas məqsəd zabitlərin mühəndis ixtisası üzrə praktiki vərdişlərinin daha da artırılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri