27 
Sen
2022
18:54
260
10
1214
Virtual karabakh

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTO

27 Sen, 2022
18:54
1214

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə üzvlərini ziyarət ediblər.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib.

Daha sonra mərd oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Həmçinin, 27 sentyabr - Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasında polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.

Yeni əkilən tinglər suvarılıb və mühafizəsi üçün qoruyucu dirəklər basdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri