26 
May
2023
11:38
7
81
334
Virtual karabakh

BMT rəsmisi: “Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır”

26 May, 2023
11:38
334

BMT rəsmisi: “Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır”.

“Trend”in məlumatına görə, bunu Bakıda keçirilən “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına videomüraciətində Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib.

O bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.

O deyib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb.

BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri