17 
Avq
2016
18:44
120
33
4766
Virtual karabakh

Azərbaycan Moskvada ili bir rubla pavilyon icarəyə götürdü

17 Avq, 2016
18:44
4766

Azərbaycan Moskvada ili bir rubla pavilyon icarəyə götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1967,1 m2 sahəsi olan pavilyon və torpaq sahəsi 50 il müddətinə Azərbaycan tərəfinə icarəyə verilib.

Rusiya hökuməti və Moskva hakimiyyəti XTNS-da (Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi) yerləşən 14 saylı “Hesablama texnikası və informatika” pavilyonunu 50 il müddətinə Azərbaycana icarəyə verilir. 

Oxu.Az xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. 

Müvafiq sənəd Rusiya iqtisadi inkişaf nazirinin müavini, Federal dövlət əmlakının idarəsi üzrə agentliyin rəhbəri Dmitri Pristanskov və paytaxtın Şəhər əmlak departamentinin rəhbəri Vladimir Yefimov tərəfindən imzalanıb. 

Sənədə görə, XTNS ərazisində sərgi-ticarət mərkəzinin yaradılması üçün 1 min 967,1 m2 sahəsi olan pavilyon, eləcə də bu binanın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasına verilir. Pavilyon Azərbaycan tərəfinə 50 il müdətinə verilir, icarə haqqı illik 1 rubldan (0,0253 manat) ibarətdir. 

İcarə müqaviləsinə müvafiq olaraq obyektin və torpaq sahəsinin Azərbaycan tərəfinə verilməsindən sonra əsaslı təmiri, obyektin yenidən qurulması və istismarı üzrə işlər, eləcə də mühəndis kommunikasiyalarının bütün növlərini Azərbaycan tərəfi yerinə yetirəcək. 

“Hesablama texnikası və informatika” pavilyonu 1963-cü ilə qədər “Azərbaycan SSR” adını daşıyırdı. Tarixi fasad 2014-cü ildə bərpa edilib. Pavilyonda müxtəlif sərgi və tədbirlər keçirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri