13 
Sen
2017
10:24
29
91
2743
Virtual karabakh

Keçmiş model Ağ evin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin edilib

13 Sen, 2017
10:24
2743

Keçmiş model Ağ evin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş model, 28 yaşlı Houp Hiks Ağ evin ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifəsinə təyin olunub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, o, bir müddət idi, həmin vəzifəni müvəqqəti olaraq icra edirdi. 

İnformasiyaya əsasən, H.Hiks ABŞ prezidenti Donald Trampın keçmiş köməkçilərindəndir. O, Trampın bu vəzifəyə təyin etdiyi 4-cü şəxsdir. H.Hiksdən əvvəl Entoni Skaramuççi bu vəzifədə cəmi 10 gün işləyib.

Trampın seçki qərargahının mətbuat katibi vəzifəsindən sonra H.Hiks prezidentin strateji əməkdaşlıq üzrə direktoru işləyib. Bundan başqa, Hiks Trampın etibar etdiyi köməkçilərindən sayılır.

Məlumata görə, Hiks keçmişdə model işləyib, Donald Trampın qızı İvanka Trampın modalar evinin mətbuat katibi olub. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri