26 
Apr
2024
17:16
71
29
954
Virtual karabakh

“Crocus” terror aktı ilə bağlı daha bir şəxs saxlanılıb

26 Apr, 2024
17:16
954

“Crocus” terror aktı ilə bağlı daha bir şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva yaxınlığındakı “Crocus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı işdə daha bir şəxsi - Tacikistan vətəndaşı, 2003-cü il təvəllüdlü Cumoxon Kurbonovu saxlayıblar.

Məlumata görə, saxlanılan şəxs qəsdən insanın ölümünə səbəb olan terror aktı törətmək maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi) ittiham olunub. Digər təfərrüat verilmir.

Qeyd edək ki, “Crocus”da törədilən terror aktı ilə bağlı indiyə qədər 12 nəfərin saxlanıldığı məlum olub. 

Mənbə: kommersant

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri