16 
Noy
2017
14:33
14
124
2447
Virtual karabakh

Muqabe istefa verməkdən imtina edir

16 Noy, 2017
14:33
2447

Muqabe istefa verməkdən imtina edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabvenin prezidenti Robert Muqabe katolik keşişi Fidelis Mukonorinin vasitəçiliyi ilə hərbçilərlə aparılan danışıqlar zamanı istefaya getməyəcəyini  bildirib. 

Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir.

Agentliyi məlumatına əsasən, Muqabe “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə”  hakim partiyasının liderliyinə seçkilərin aparılmasında israr edir.  Prezident yalnız  partiya rəhbərliyinə seçkilərdə uduzacağı təqdirdə hakimiyyətdən gedəcəyini bildirib.

Xatırladaq ki, dünən Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirərək 93 yaşlı prezidenti Robert Muqabe və xanımını ev dustağı ediblər. Lakin sonradan ölkənin birinci xanımına Zimbabveni tərk etməyə icazə veriblər.  

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri