22 
Noy
2017
15:24
217
12
6887
Virtual karabakh

General Mladiç ömürlük həbsə məhkum edildi – VİDEO

22 Noy, 2017
15:24
6887

General Mladiç ömürlük həbsə məhkum edildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, R. Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb. Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub.

Məhkəmənin qərarı ilə R. Mladiç ömürlük həbsə məhkum edilib. O, proses zamanı qışqıraraq nəsə deməyə çalışıb. Hakim əvvəlcə ona xəbərdarlıq edib, sonra isə zaldan çıxarıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri