23 
Noy
2017
10:21
77
173
9136
Virtual karabakh

Soçidə Türkiyə və İran nümayəndələri arasında insident

23 Noy, 2017
10:21
9136

Soçidə Türkiyə və İran nümayəndələri arasında insident

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Soçi şəhərində Rəcəb Tayyib ƏrdoğanHəsən Ruhani arasındakı görüşə qədər Türkiyə və İran nümayəndə heyətləri arasında insident yaşanıb.

Oxu.Az-ınTrend-ə istinadən verdiyi məlumata görə, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxarmağa çalışıb.

Türkiyə nümayəndə heyəti isə görüş yerini tərk etməyib və protokola əsasən dövlət başçılarının gəlişinədək zala daxil olmaq haqlarının olduğunu bildirib.

İnsidentə görə prezidentlərin görüşü təqribən 10 dəqiqə ləngiyib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri