30 
Noy
2017
10:59
15
60
1831
Virtual karabakh

Bali adasında fövqəladə hal rejiminin vaxtı uzadıldı

30 Noy, 2017
10:59
1831

Bali adasında fövqəladə hal rejiminin vaxtı uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bali adasında fövqəladə hal rejiminin vaxtı 10 dekabra kimi uzadılıb. 

Oxu.Az-ın məlumatına görə, yerli hökumət belə bir qərarı Aqunq vulkanının püskürməkdə davam etməsi ilə bağlı qəbul edib. 

Qeyd edilir ki, yaxınlıqda yerləşən Lombok adasındakı hava limanı da dekabrın 1-nə kimi bağlanıb.

Xatırladaq ki, 1963-cü ildən “yatmış” vəziyyətdə olan Aqunq vulkanının kraterindən noyabrın 21-də tüstü qalxmağa başlayıb. Noyabrın 26-da vulkanın aktivliyi güclənib və havaya kül püskürməyə başlayıb. 

Vulkanoloqlar külün ardınca istənilən an “partlayışla müşayiət olunan püskürmənin” baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri