Dek
2017
20:25
42
307
6747
Virtual karabakh

Gözləri ilə şəkil çəkir - VİDEO

3 Dek, 2017
20:25
6747

Gözləri ilə şəkil çəkir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinada Leandro Qranato adlı bir şəxs rəssamlıq tarixində inqilab etməyə hazırlaşır.

Bəlkə də, edib... Məsələ burasındır ki, Qranato rəsm əsərlərini çəkmək üçün nə əllərindən, nə də fırçadan istifadə edir. İnanılmaz da olsa, o, şəkilləri gözləri ilə çəkir.

Oxu.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, gözlərindən boya püskürən rəssam dəyəri azı on minlərlə dollar olan şəkillər çəkir. Bu qeyri-adi qabiliyyətini təsadüf nəticəsində üzə çıxardığını deyən rəssam gözləri ilə çəkdiyi şəkilləri sərgiyə çıxarmağa hazırlaşır.

O ki qaldı rəsm əsərinin çəkilməsi prosesinə, rəssam deyir ki, o, boyaq maddəsini burun boşluğundan göz çuxuruna doldurur və beləliklə, gözlərindən müxtəlif rəngli boya püskürə bilir. Qranato bu xüsusiyyətinə görə dünyada yeganə insan olduğunu düşünür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri