15 
Dek
2017
08:51
25
178
3272
Virtual karabakh

Putin və Tramp arasında telefon danışığı olub

15 Dek, 2017
08:51
3272

Putin və Tramp arasında telefon danışığı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasındakı münasibətləri və Koreya problemi daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.     

Məlumata görə, Putin-Tramp danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.  

Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.  

Bundan əvvəl Rusiya və Çin Şimali Koreyanı nüvə sınaqlarına və raket atışlarına moratoriy tətbiq etməyə çağırıb. ABŞ və Cənubi Koreyaya isə bölgədə təlimlərə son  qoyulmasına dair çağırış edilib. Vaşinqton bu təşəbbüsə əhəmiyyət verməyib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri