Yan
2018
18:45
177
463
16496
Virtual karabakh

Xamenei İranın “düşmənlərindən” danışdı

2 Yan, 2018
18:45
16496

Xamenei İranın “düşmənlərindən” danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ölkədə baş verən etiraz aksiyalarını şərh edərkən bildirib ki, “düşmənlər silah və puldan istifadə edərək İran xalqına ziyan vurmaq istəyirlər”.

Oxu.Az-ın xəbərinə görə, RİA Novosti İranın Mehr agentliyinə istinadən məlumat yayıb. 

Xamenei bildirib ki, “düşmənlər İranda üsyan təşkil etmək üçün casusları da cəlb edirlər.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 22 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri