17 
Yan
2018
20:48
57
283
9278
Virtual karabakh

Tramp CNN-in müxbirini mətbuat konfransından qovub – VİDEO

17 Yan, 2018
20:48
9278

Tramp CNN-in müxbirini mətbuat konfransından qovub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval kabinetindən qovub.

Oxu.Az New York Post-a istinadən xəbər verir ki, hadisə Donald Trampla Qazaxıstan prezident Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

CNN müxbiri Cim Akosta ABŞ prezidentindən soruşub:

“ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?” Donald Tramp suala cavabında deyib: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə ABŞ prezidenti onu barmağı ilə göstərərək “Buranı tərk et” deyib.

C.Akosta “Twitter” hesabında bu haqda belə yazıb: “Üzümə bağırıb sualımı verməyə qoymamağa çalışdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

Ağ ev administrasiyası məsələ ilə bağlı açıqlama verməyib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri