19 
Yan
2018
13:17
25
310
11286
Virtual karabakh

Ermənistanda seçkilər: Sarkisyanın yerinə Sarkisyan gəlir

19 Yan, 2018
13:17
11286

Ermənistanda seçkilər: Sarkisyanın yerinə Sarkisyan gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan prezidenti Serj Sarkisyan Respublika partiyasından növbəti prezidentliyə namizədin  Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib.

Oxu.Az Aysor.am-a istinadən xəbər verir ki, bu gün Ermənistan prezidentinin iqamətgahında onlar arasında görüş keçirilib.

A.Sarkisyan - Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” korporasiyasının sahibidir.

Qeyd edək ki, Ermənistanın hazırkı lideri Serj Sarkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Ermənistanda 7 il müddətinə hakimiyyətdə olacaq yeni prezident parlament tərəfindən seçiləcək. İlkin məlumatlara görə, prezident seçkiləri martın 2-də keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri