Fev
2018
23:57
36
833
11102
Virtual karabakh

Ermənilər Afrində Türkiyəyə qarşı döyüşürlər – İDDİA

7 Fev, 2018
23:57
11102

Ermənilər Afrində Türkiyəyə qarşı döyüşürlər – İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübazirə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy Suriyada yaşayan erməni və süryanilərin PYD, YPG, PKK sıralarında, Afrində Türkiyəyə qarşı mübarizə apardıqlarını iddia edib.

Oxu.Az xəbər verir ki, iddiaya görə, onlar təhdid altında kürd, türkmən və ərəbləri də öz sıralarına qatıblar.

“PYD/YPG/PKK terror təşkilatının işğalda saxladığı bölgələrdə yaşayan, erməni və süryanilərin də içində olduğu 14 xristian gənc Türkiyəyə qarşı Afrində döyüşür. Bu xristian qrupun içərisində dördü erməni olmaqla, 14 xristian gənc  19 yanvarda terrorçulara qoşulub. Türk ordusunun hücumu nəticəsində 24 yaşlı, Roşer Konis adlı erməni ölüb”, – dərnək rəhbəri bildirib.

Gülbəy Ermənistanda yaşayan yezidi kürdlərinin İran və İraqdan keçərək Qamışlıdakı terrorçulara qoşulduğunu dilə gətirib:

“Ermənistan terrora verdiyi dəstəyi yenə dünya ictimaiyyətinin gözü önündə davam etdirir. İşğal olunmuş Qarabağ bölgəsində İŞİD-in 12 təlim kampı, 1750 üzvü var”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri