20 
Fev
2018
14:41
479
27
4375
Virtual karabakh

Ərdoğan: Afrinin mərkəzi mühasirəyə alınacaq

20 Fev, 2018
14:41
4375

Ərdoğan: Afrinin mərkəzi mühasirəyə alınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın günlərdə Afrinin mərkəzi mühasirəyə alınacaq.

Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı səsləndirib.

Ərdoğan bildirib ki, Afrin PKK terrorçu qruplaşmasının qolu olan PYD/YPG yaraqlılarından təmizlənəcək. Onun sözlərinə görə, mühasirə sayəsində Afrindəki terrorçular kənardan  yardım ala bilməyəcək.

“Bu, terrorçu qruplaşmanı üstünlükdən məhrum edəcək. Borcumuz Türkiyənin nəyə qadir olduğunu göstərməkdir. Talabiyədən tutmuş Qamışlıya kimi hər yerdə terrorçuların kökünü kəsəcəyik, necə ki, bunu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında etmişdik”.

Türkiyə prezidenti bir daha qeyd edib ki, ABŞ PYD/YPG qüvvələrinə beş min yük maşını və iki min yük təyyarəsi silah-sursat və hərbi texnika yardımı göndərib.

“Bunu danırlar. Ancaq onlara dəlillər göstərən zaman bu məsələni 3-5 gün ərzində həll edəcəklərini bildirirlər. Danışıqlara paralel olaraq ərazidə əməlliyyatları davam etdirəcəyik. Ötən gün Rusiya və İran prezidentləri ilə telefonla danışmışam. Türkiyə hər zaman, istənilən şəraitdə çoxvektorlu siyasət yürütmək məcburiyyətindədir”.

Türkiyənin dövlət başçısı bildirib ki, “Zeytun budağı” əməliyyatının başlandığı gündən Suriyanın Afrin bölgəsində 1715 terrorçu məhv edilib, Türkiyə ordusunun 32 hərbçisi şəhid olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri