13 
Mar
2018
15:45
279
24
5334
Virtual karabakh

Türkiyə Naxçıvanla sərhəddə əməliyyat keçirdi: Onlarla saxlanılan var

13 Mar, 2018
15:45
5334

Türkiyə Naxçıvanla sərhəddə əməliyyat keçirdi: Onlarla saxlanılan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən keçirilən əməliyyat nəticəsində 40-a yaxın gömrük işçisi saxlanılıb.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər rüşvətxorluqla və qaçaqmalçılıqla məşğul olduqları üçün həbs olunub.

Iğdır Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillər də axtarılıb.

Nəticədə sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi polislər tərəfindən saxlanılıb.

Hazırda həmin şəxslərlə bağlı istintaq işləri aparılır.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri