13 
Mar
2018
20:33
42
233
5755
Virtual karabakh

Fələstin baş nazirini öldürməyə çalışdılar – VİDEO

13 Mar, 2018
20:33
5755

Fələstin baş nazirini öldürməyə çalışdılar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstin baş naziri Rami Həmdallah  Qəzza bölgəsinə etdiyi səfər zamanı az qala sui-qəsd qurbanı olub.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, nazirin kortecinə daxil olan maşınlardan biri partladılıb.

Hadisə yerindən çəkilmiş görüntü “Twitter”ə yerləşdirilib.

Həmdalla özü xəsarət almasa da, onun altı mühafizəçisi yaralanıb.

Fələstin tərəfi, hücumun  baş nazirə qarşı sui-qəsd cəhdi olduğunu hesab edir, belə ki, terrorçular partlayıcı qurğunu kortecin keçdiyi yolun səkisinə yerləşdirib.  Hadisə yerində ikinci partlayıcı qurğu da olub, lakin onun işə düşmədiyi bildirilir.

Hadisədən dərhal sonra Fələstin muxtariyyəti hücuma görə məsuliyyəti “Həmas” qruplaşmasının üzərinə yıxıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri