19 
Mar
2018
19:26
119
39
2143
Virtual karabakh

Rusiya səfiri İsveç XİN-ə çağırılıb

19 Mar, 2018
19:26
2143

Rusiya səfiri İsveç XİN-ə çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Stokholmdakı səfiri martın 20-də İsveç xarici işlər nazirliyinə çağırılacaq.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın “Skripal işi” ilə bağlı İsveçin ünvanına ittiham səsləndirməsidir.

Moskva İsveçin, keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın zəhərlənməsində istifadə olunan maddənin mənbəyi ola biləcəyi iddiasını irəli sürmüşdü.

“Rusiya səfiri Moskvanın ittihamları ilə əlaqədar sabah İsveç XİN-ə çağırılacaq” deyə nazirliyin bəyanatında deyilir.

Rusiyanın XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova “Noviçok” qazının Britaniya, Slovakiya, Çexiya, İsveç və ya ABŞ-da istehsal olunması ehtimalının daha yüksək olduğunu bəyan etmişdi.

Bundan əvvəl Slovakiya hökuməti də Moskvanın bu iddialarını qəti şəkildə rədd edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri