20 
Mar
2018
14:57
328
42
3207
Virtual karabakh

Rusiyalı diplomatlar Londonu tərk etdi

20 Mar, 2018
14:57
3207

Rusiyalı diplomatlar Londonu tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Skripal" işi ilə əlaqədar Britaniyanın cəzalandırdığı rusiyalı diplomatlar ailə üzvləri ilə birgə Londonu tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti”məlumat yayıb.

Onlarla maşın və mikro-avtobusdan ibarət karvanın London aeroportuna yollandığı bildirilir.

Diplomat və onların ailələrini hava limanında səfir Aleksandr Yakovenko şəxsən yola salacaq.

London ümumilikdə 23 rusiyalı diplomatı ölkədən qovub.  Bu addımı  Britaniya hökuməti Rusiyanın keçmiş kəşfiyyat polkovnik Serqey Skripalın zəhərlənməsində Rusiya izinin olması ilə əlaqələndirib.

Ailə üzvləri də daxil olmaqla, Britaniyanı 80-a yaxın rusiyalının tərk edəcəyi bildirilir.  

Qarşılıqlı olaraq Rusiyanın qovulmaları barədə qərar çıxardığı 23 britaniyalı diplomat da yaxın zamanda ailə üzvləri ilə birgə vətənlərinə geri dönəcək.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri