16 
Apr
2018
16:02
393
13
2483
Virtual karabakh

Stoltenberq: Türkiyə qədər heç bir ölkə terrora məruz qalmayıb

16 Apr, 2018
16:02
2483

Stoltenberq: Türkiyə qədər heç bir ölkə terrora məruz qalmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb.

Oxu.Az xəbər verir ki, bunu bu gün Türkiyəyə səfər edən NATO baş katibi Yens Stoltenberq deyib.

Qeyd edək ki, NATO baş katibi öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Y. Stoltenberq Türkiyənin üç milyon qaçqına ev sahibliyi etdiyini qeyd edib.

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y. Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb.

ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə Suriyada bir sıra hərbi obyektlərə zərbə endirməsinə toxunan NATO baş katibi deyib ki, kimyəvi silahlardan istifadə edilən zaman səssiz qala bilməzlər və ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə atdığı addım da buna cavab olub.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri