16 
Apr
2018
15:46
196
34
3435
Virtual karabakh

Çavuşoğlu: Makrondan prezidentə yaraşan açıqlama gözləyirdik

16 Apr, 2018
15:46
3435

Çavuşoğlu: Makrondan prezidentə yaraşan açıqlama gözləyirdik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun fəaliyyətinə əlimizdən gələn dəstəyi verməyə davam edecəyik.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun son - “Türkləri ruslardan ayırdıq...” açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bəzi siyasətçilər qeyri-ciddiliyə yol verərək, populizmlə məşğul olurlar.

“Avropalı dostlarımız işin ciddiliyini anlamayaraq, populizmə üstünlük verirlər. Biz bir prezidentə yaraşan açıqlama gözləyirik və gözləyirdik.

Makron Ankaradakı Zirvəyə qatılmaq istədiyini prezidentimizə söylədi. Rusiya qəbul etdi, İran isə öncə “3”-lü toplantı keçirilməsini istədi.

Doğruları söyləyək ki, hər kəs bilsin. Rusiya ilə də güclü əlaqələrimiz var.

Bu cür açıqlamalar doğru deyil.

Makronu bir az daha ciddi olmağa dəvət edirik”, - deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri