May
2018
11:54
26
303
11134
Virtual karabakh

Ermənistanda yeni “kral”: Nələr olacaq? – ŞƏRH

9 May, 2018
11:54
11134

Ermənistanda yeni “kral”: Nələr olacaq? – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Konstitusiyasına əsasən, yeni seçilmiş baş nazir 24 saat ərzində Nazirlər Kabinetinin yeni tərkibini və hökumətin fəaliyyət proqramını təqdim etməlidir. 

Konstitusiyada edilən dəyişikliklərdən sonra baş nazir burada çox geniş səliyyətlərə sahib olub. Bunlara iqtisadi proqramın, xarici siyasət kursunun təyin edilməsini göstərmək olar. O, silahlı qüvvələrin ali baş komandanı olacaq. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.

Paşinyan və geniş səlahiyyətlər

Məmmədovun fikrincə, bugünədək Nikol Paşinyan gələcək təyinatlarla bağlı heç bir açıqlama verməyib.

“Əlbəttə, bu, qabaqcıl siyasi qüvvələrin nəticəsi olacaq. Belə ki, parlamentdə Sarkisyan bloku və “Daşnaqsütyun” partiyası üstünlük təşkil edir. Nikol Paşinyanın rəhbərlik etdiyi “Yelk” (Çıxış) bloku bu qüvvələr arasında tarazlıq tapmalıdır”, - o bildirib.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi

Azərbaycanlı ekspertin sözlərinə görə, Nikol Paşinyan yaxın dönəmdə bir neçə dəfə parlament seçkilərinin keçirilməsinin vacibliyini bildirib. 

“Ermənistanda baş verən hadisələr onu göstərir ki, seçkilər yaxın vaxtlarda baş tutacaq. Bu gün o, Ermənistanda ən məşhur siyasətçidir. 

Digər tərəfdən, əgər növbədənkənar prezident seçkiləri 4, 6, 8 aydan sonra və ya daha gec keçirilsə, Ermənistanda qeyri-müəyyənlik dövrü və müvəqqəti hökumət o qədər davam edəcək.

Bu müddətdə Paşinyan ümid etdiyi elektoral bazanı itirə bilər”, - Məmmədov əlavə edib. 

Ekspert deyib ki, növbədənkənar parlament seçkiləri keçirmək üçün hazırda Respublika Partiyasının maraqlarını müdafiə edən Ermənistan seçki kodekslərini dəyişmək lazımdır.

“Buna görə yaxın 2-3 həftədə Paşinyan tərəfindən hansı addımların atılacağını görəcəyik. Daha dəqiq desək, birincisi, hökumətin hazırkı tərkibi indiki vəziyyətdə çox səmərəsizdir. 

İkincisi, hakimiyyət tərəfindən başladılmayan istənilən məsələ parlamentdən keçəcək, müzakirə ediləcək. Konstitusiyaya əsasən, parlamentdə üstünlük Respublika Partiyasındadır. Onda Ermənistanda siyasi böhran spazmatik deyil, daimi olacaq.

Bu baxımdan, Dağlıq Qarabağ probleminin həllində və nəhəng iqtisadi layihələrin reallaşdırılmasında həlledici qərarlar qəbul etmək çətin olacaq”, - SAM direktoru qeyd edib. 

Ermənistan iqtisadiyyatında durğunluq

F.Məmmədov hesab edir ki, yaxın bir neçə ayda hadisələrin inkişafından asılı olaraq Ermənistan iqtisadiyyatında durğunluq müşahidə ediləcək. Çünki daxili siyasi fəaliyyətdə qeyri-müəyyənlik yaşanan ölkəyə nə yerli, nə də əcnəbi biznesmenlər investisiya yatırmayacaq. 

“Digər tərəfdən, son iki ildə bu layihələrə investisiya yatıranlar bunu hazırkı siyasətçilərə, xüsusən də baş nazir Karen Karapetyana görə edirdilər. 

Onun vəzifəsindən getməsindən sonra bu investisiyalar ölkəyə yatırılmayacaq.

Beləliklə, görünür ki, Ermənistanda siyasi qeyri-stabillik təqribən dörd ay davam edəcək. Eyni zamanda, hazırda Ermənistanda taleyüklü qərarlar qəbul edilə bilməz. Çünki istənilən qərar Respublika Partiyası tərəfindən blok oluna bilər”, - SAM rəhbəri əlavə edib. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri