15 
May
2018
00:02
38
775
4706
Virtual karabakh

Netanyahu fələstinliləri öldürən əsgərləri müdafiə etdi

15 May, 2018
00:02
4706

Netanyahu fələstinliləri öldürən əsgərləri müdafiə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağında fələstinli etirazçıların dağıdılması məqsədi ilə gücün tətbiq olunması dövlət sərhədinin mühafizəsi üçün vacib ölçüdür.

Oxu.Az xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu “Twitter” səhifəsində bildirib.

“Hər bir dövlət öz sərhədlərini müdafiə etməyə borcludur.  Terrorçu “Həmas” qruplaşması İsraili məhv etmək, sərhəd divarını aşmaq üçün minlərlə insanı öldürmək niyyətində olduğunu bildirir.

Biz öz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətli addımlar atmağa davam edəcəyik”, - deyə Netanyahu bildirib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri