24 
May
2018
22:50
45
237
4347
Virtual karabakh

Tramp: Şimali Koreyanın cavabını verməyə hazırıq

24 May, 2018
22:50
4347

Tramp: Şimali Koreyanın cavabını verməyə hazırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ ordusu lazım gəlsə Şimali Koreyanın “düşünülməmiş addımlarına” cavab verməyə hazırdır.

Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Sinqapur sammitini təxirə salmasından sonra bildirib.

“Mən hərbçilərimizlə söhbət aparmışam, lazım gəlsə, onlar buna hazırdırlar. Mən həmçinin Cənubi Koreya və Yaponiya hökumətləri ilə də bu məsələni müzakirə etmişəm. Onlar da KXDR-ın potensial düşünülməmiş addımlarına cavab verməyə hazırdırlar”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Tokyo və Seul belə bir vəziyyət yaranarsa mümkün hərbi xərcləri bölüşdürməyi təklif edib.

Qeyd edək ki, cümə axşamı Tramp Kim Çen Inla iyunun 12-ə təyin olunmuş görüşü təxirə salıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri