25 
May
2018
13:07
366
24
3730
Virtual karabakh

In Trampı tənqid etdi

25 May, 2018
13:07
3730

In Trampı tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampın Kim Çen Inla sammiti ləğv etməsindən “təəssüflənir” və hesab edir ki, Amerika lideri belə bir addımı “inamsızlıq” və “iradəsizlikdən” atıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Şimali Koreyanın Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda sammitin ləğv edilməsinə səbəb olan “KXDR-in düşmənçiliyi”ndən danışılıb.

“Rəsmi Vaşinqton Şimali Koreyanın xarici işlər nazirinin müavini Çxve Son Xinin ABŞ-ın vitse-prezidenti Mayk Pensin KXDR-in “Liviya ssenarisinin” gerçəkləşəcəyinin mümkün olduğuna dair bəyanatını “axmaq fikirlər” adlandırdıqdan sonra hiddətlənib.

Pxenyan hesab edir ki, Trampın görüşü birtərəfli şəkildə ləğv etməsi gözlənilməz olub. ABŞ prezidenti bu addımı zəif xarakterli olduğu üçün atıb”, - deyə məlumatda bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri