16 
İyn
2018
21:08
75
1588
18358
Virtual karabakh

Paşinyan Qarabağdadır – YENİLƏNİB + FOTO

16 İyn, 2018
21:08
18358

Paşinyan Qarabağdadır – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağa bir günlük səfəri  çərçivəsində separatçıların lideri Bako Saakyanla birgə Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən mövqelərində olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan və Saakyanı Ermənistanın müdafiə naziri David Tonoyan, separatçıların “müdafiə naziri” Levon Mnaçakanyan, Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisi Artak Davtyan və hərbi inspektor Movses Akopyan müşayiət edib.

16:50

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa işgüzar səfər edib.

Oxu.Az NEWS.am-a istinadla xəbər verir ki, Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyan və qondarma “DQR”-in üzvləri ilə birlikdə “Surb Vardanank” kilsənini ziyarət edib.

13:13

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedəcək.

Oxu.Az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Arman Eqoyan məlumat verib.

Hazırda səfərin hansı məqsədlə baş tutacağı bilinmir. Detallar barədə sonra məlumat veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri