19 
İyn
2018
12:37
51
209
3567
Virtual karabakh

Daha bir amerikalı reper qətlə yetirilib – VİDEO

19 İyn, 2018
12:37
3567

Daha bir amerikalı reper qətlə yetirilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı reper Cimmi Uopo Pitsburq şəhərində baş verən silahlı hücum nəticəsində həlak olub.

Oxu.Az xəbər verir ki, bu haqda “Tribune Review” məlumat yayıb.

İfaçı Uilli prospektində ötüb keçən avtomobildə əyləşən naməlum silahlılar tərəfindən güllələnib. Hadisə nəticəsində reper daxil olmaqla iki nəfər yaralanıb.

Həkimlərin səylərinə baxmayaraq, ölümcül yaralanmış reperi xilas etmək mümkün olmayıb. Kimliyi açıqlanmaya digər yaralanın vəziyyətinin sabit olduğu bildirilir.

Yerli polis atışmanın şəxsi münaqişə zəminində baş verdiyini ehtimal edir. Uoponun buna qədər qanunla problemləri olub, bir neçə dəfə narkotik vasitələrə görə polis tərəfindən saxlanılıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri