23 
İyn
2018
11:30
139
16
1545
Virtual karabakh

ABŞ Cənubi Koreya ilə təlimləri dayandırdı

23 İyn, 2018
11:30
1545

ABŞ Cənubi Koreya ilə təlimləri dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ yaxın 3 ayda Cənubi Koreya ilə birgə keçirilməsi planlaşdırılan hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Pentaqonun mətbuat katibi Danı Uayt məlumat verib. 

“Sinqapurda yüksək səviyyədə əldə edilmiş razılaşmanın yerinə yetirilməsi və Koreya respublikasında tərəfdaşlarımızla koordinasiyalı şəkildə ABŞ müdafiə naziri Ceyms Mettis qeyri-müəyyən müddətə təlimləri təxirə salıb”, - o qeyd edib. 

Uaytın sözlərinə görə, qərarın müddəti Şimali Koreya tərəfinin danışıqları necə aparmasından asılı olacaq. 

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ və Şimali Koreya liderləri arasında görüş keçirilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri