İyl
2018
18:03
259
78
10732
Virtual karabakh

Ukrayna polisi azərbaycanlı “qanuni oğrunu” ölkədən çıxarıb

8 İyl, 2018
18:03
10732

Ukrayna polisi azərbaycanlı “qanuni oğrunu” ölkədən çıxarıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın polis əməkdaşları Dato Ağcabədili ləqəbli “qanuni oğrunu” saxlayıblar.

Oxu.Az obozrevatel.com-a istinadla xəbər verir ki,  kriminal aləmdə məşhur olan 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İltizar oğlunun Ukraynaya 5 il müddətinə girişi qadağan edilib.

Lvovun Cinayət Axtarış İdarəsinin rəisi Serqey Boqdanovun sözlərinə görə, saxlanılan şəxs Ukrayna ərazisində qanunsuz yaşayıb:

“Həmin vətəndaş İnzibati Məcəllənin 203-cü (“Vətəndaşlığı olmayan əcnəbilərin Ukrayna qaydalarını pozma”)  maddəsi üzrə protokol tərtib edilib və onun beş il müddətinə ölkəyə girişi qadağan edilib”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri