14 
İyl
2018
17:02
50
502
1346
Virtual karabakh

İsrail Qəzza zolağına zərbə endirdi

14 İyl, 2018
17:02
1346

İsrail Qəzza zolağına zərbə endirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail aviasiyası Qəzza zolağında Fələstin hərbi qruplaşmalarına məxsus onlarla hədəfə zərbə endirib.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu addımın İsrail ərazisinin Fələstin tərəfindən raket atəşlərinə tutulması və sərhəd yaxınlığında törədilən iğtişaşlara cavab tədbiri olduğu bildirilir.

İsrail ordusunun yaydığı məlumatda deyilir ki, “HƏMAS terror təşkilatına məxsus 4 hərbi kompleks ərazisində yerləşən onlarla obyektə zərbələr endirilib”.

Əsas hədəf kimi isə HƏMAS təşkilatının anklavın şimalındakı Beyt-Lahi şəhərindəki qərargahı göstərilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri