Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunacaq
Bir neçə gündür davam edən üsyana görə Yeni Kaledoniya (Sakit okeanda Fransanın dənizaşırı ərazisi - red.) ərazisində fövqəladə vəziyyət tətbiq olunacaq.
Bu barədə Yelisey sarayının Mətbuat Xidməti məlumat yayıb.
“Fransa prezidentinin sədrliyi ilə Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclası keçirilib”, - deyə məlumatda bildirilir.
Prezident Nazirlər Şurasının saat 16:30-a (Bakı vaxtı ilə 18:30 - red.) planlaşdırılan iclasının gündəliyinə Yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanın daxil edilməsini xahiş edib.
Mənbə: Rte.ie
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
- Bakı Təşəbbüs Qrupu fransalı nazirə cavab verib
- Yeni kaledoniyalı jurnalist: "Azərbaycanla əməkdaşlıq edərək mətbuat azadlığını öyrənmək istəyirik"
- Nikolay Patruşev: "Fransanın dənizaşırı əraziləri onlara müstəmləkə münasibətindən yorulub"
- Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib
Ən çox oxunanlar