Azərbaycanda təşkil olunan futbol üzrə U-15 dünya çempionatı və festivalı matçından əvvəl aksiya keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlərin aksiyası Hövsan Yarış Kompleksində baş tutub.
Aksiya Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui -Taiiti) komandalarına dəstək məqsədi daşıyıb.
Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin vacibliyi vurğulanıb.
Tədbir Hövsan Yarış Kompleksinin 8B meydançasında keçiriləcək Burkina Faso - Yəni Kaledoniya oyunundan öncə təşkil olunub.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Taiti) komandalarına dəstək aksiyası təşkil olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçularını salamlayıblar.
Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində keçirilir.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində minə yaxın oyun baş tutacaq.
Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.