15 
İyl
2018
11:43
19
382
8817
Virtual karabakh

Tələbə ilkin yardım dərsi alarkən həlak olub – VİDEO

15 İyl, 2018
11:43
8817

Tələbə ilkin yardım dərsi alarkən həlak olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistandakı kolleclərin birində fövqəladə vəziyyət zamanı ilkin yardım dərsi alarkən tələbə qız həlak olub.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, dərsin gedişatına görə, 19 yaşlı tələbə eyvandan hoppanmalı idi. Lakin qızın başı məhəccərə dəyir.

Kadrlardan görünür ki, tələbə üçüncü mərtəbədə eyvanda əyləşib və aşağı hoppanmağa cəsarət etmir. Lakin məşqçi onu qəfildən itələyir. Daha sonra məlum olub ki, özünü fövqəladə hallar üzrə mütəxxəsis kimi təqdim edən şəxs saxta müəllim imiş. Həmin şəxs həbs edilib.

Hadisə ilə bağlı istintaq aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri