16 
İyl
2018
12:47
236
83
3845
Virtual karabakh

Parisdə qələbəni qeyd edənlər iğtişaş törətdi - VİDEO + YENİLƏNİB

16 İyl, 2018
12:47
3845

Parisdə qələbəni qeyd edənlər iğtişaş törətdi - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransadakı iğtişaşlar zamanı 2 nəfər həlak olub. Çoxlu sayda insan xəsarət alıb. 

Oxu.Az NEWSruco.il portalına istinadla xəbər verir ki, Ansi şəhərində kanala tullanan 50 yaşlı kişi ölüb.

İkinci hadisə zamanı avtomobil ağaca çırpılıb. Qəza nəticəsində sürücü həlak olub. 

Paris və Lion şəhərlərində azarkeşlər vitrinləri sındırıb, zibil qutularına od vurub və polisə şüşə butulkalar atıblar. 

İctimai asayişi qorumaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. 

09:20

Parisdə Fransanın futbol üzrə dünya çempionatının qalibi olması münasibətilə keçirilən şənliklər zamanı naməlum şəxslər iğtişaşlar törədib. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı BFM məlumat yayıb. 

Məlumatlara görə, Fransa qələbə qazandıqdan sonra yüz minlərlə insan bunu qeyd etmək üçün küçələrə axışıb. 

Həmçinin, küçədə ictimai asayişi pozan onlarla gənc peyda olub. 

Qanun pozucuları mağazaların şüşələrini sındırıblar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri